«Pepsi» və «Coca-Cola» brendlərnin gedişindən sonra Rusiyanın alkoqolsuz içkilər bazarının yarısını yerli şirkət «Çernoqolovka» tutmaq niyyətindədir.
Foodinfo.az «Reuters»ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Natalya Saxnina bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyanın alkoqolsuz içkilər bazarının həcmi 9 milyard rubl (150 milyon dollar) həcmində qiymətləndirilir. Məşhur brendlərin gedişindən sonra ilk iki ildə «Çernoqolovka» bazarın 30%-ni tutmaq, daha sonra isə ümumiyyətlə bazarın liderinə çevrilmək niyyətindədir.
Qeyd edək ki, 2021-ci ildə şirkət yerli bazarın 8,5%-ni tutub, 2022-ci ildə şirkətin istehsalı 2 dəfə artıb. «Çerniqolovka» şirkəti «Baykal», «Çernoqolovka» və «Kola Çernoqolovka» adla içkilər buraxır.