Atlanta sakini Cakuana Batler oyun konsolu üstündə mübahisə zamanı oğluna bir neçə dəfə atəş açıb.

 Foodinfo.az xarici saytlara istinadən xəbər verir ki, ana oyun konsolu üstündə mübahisə zamanı yeniyetmə oğlunu güllələməkdə günahlandırılır. Atışma ilə bağlı polisə məlumat daxil olub. Onlar hadisə yerinə gələndə çoxsaylı güllə yaraları olan 17 yaşlı oğlanı tapıblar.

Müstəntiqlər müəyyən ediblər ki, 31 yaşlı ana yeniyetməyə atəş açıb. Yeniyetmənin vəziyyəti barədə məlumat verilmir. Jurnalistlərin bildirdiyinə görə, Butler hazırda Fulton qraflığının həbsxanasındadır. O, bir neçə maddə ilə ittiham olunub: ağır hücum, ehtiyatsız davranış və uşaq istismarı.