Belə qəbul edilib ki, qadının ən gözəl yaş dövrü 20-dir və bu yaşda biz özümüzü tam xoşbəxt hiss edirik. Bununla belə, bu yay 77 yaşını qeyd edən müdrik aktrisa Helen Mirren əmindir ki, 20 yaş qadının həyatında ən çətin dövrdür. Gəlin səbəbini öyrənək! Foodinfo.az publika.az-a istinadən bildirir ki, aktrisanın müdrik sitati bizi çox şey haqqında düşünməyə vadar edir. 77 yaşlı Helen Mirren həmkarı Meril Strip kimi özünü və yaşının gətirdiyi qocalıq əlamətlərini qəbul edən nümunəvi aktrisadır. Aktrisa inanır ki, həyatımızın hər dövrü özünəməxsus və gözəldir. Ancaq kinodiva öz təcrübəsindən çıxış edərək bildirib ki, 20-dən 30 yaşa qədər olan dövr ən qadın üçün diqqətəlayiq və çətin mərhələdir. "20 yaş həyatın ən çətin dövrüdür. Gözəl görünürsən və heç vaxt indiki kimi olmayacağını başa düşürsən. Amma elə bu yaş dövründə özünü xüsusilə özgüvənsiz hiss edir, hər şeydən qorxur və hər şeydən şübhələnirsən. Bundan sonra nə olacağını anlamırsan, səni nə gözlədiyini bilmirsən və bu, səni çox qorxuya salır" , - aktrisa qeyd edib. Mirren hesab edir ki, bir qadının həyatında ən uğurlu dövr 35 yaşdan sonrakı mərhələdir. Hollivud ulduzunun sözlərinə görə, məhz bu məqamda biz nəhayət, bütün komplekslərdən azad olur, əsl mənliyimizi tanıyır və öz dəyərimizi dərk edirik: "İnsan ömrü boyu 35 yaşında ola bilməz. Bu yaşa çatana qədər sən komplekslərlə dolusan, özünə güvənmirsən. Sonra həyatın yeni mərhələsinə qədəm qoyursan. Mən buna yaşlanmaq demirəm, böyümək bu mərhələni daha düz ifadə edir". Yeri gəlmişkən, Helen Mirren yetkinliyi şübhəsiz üstünlük hesab edir. Ulduza görə, qadın məhz bu yaş dövründə ona nəyin yaraşdığını, onun üçün həqiqətən nəyin yaxşı, nəyin pis olduğunu dərk edir.