Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xızı və Lənkəran rayonları akvatoriyasında, Şəmkir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Emin Alməmmədov, Vaqif Nəbizadə, Sumqayıt şəhər sakini Elnur Nəcəfov, Lənkəran rayon sakinləri Babək Xəlilov, Mehman İbayev, Şahan Rzayev, Şəmkir rayon sakini Rafiq Məmmədov, Astara şəhər sakini Zakir İsayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 1700 metr uzunluğunda sintetik tor götürülüb: “Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Mingəçevir şəhər sakinləri Yaşar Məmmədov, Səbuhi Aslanov, Cəlilabad rayonu sakinləri Bəhruz Nuruşlu, Elçin Qurbanov, Sabirabad rayon sakinləri Səxavət Məmmədov, Nəbi Quliyev, Seymur Qəniyev, Biləsuvar şəhər sakini Təbriz Gəncəli saxlanılıb”.
B.Məhəmmədovun sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir