Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Siyəzən rayonu akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Tural Mustafayev, Siyəzən rayon sakinləri Qiyas İslamov və Valeh Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 200 metr uzunluğunda sintetik tor götürülüb: “Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Neftçala rayon sakini Elməddin Axundov və Abşeron rayon sakini Amid Nağıyev saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir