Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz, Neftçala, Astara rayonları akvatoriyasında, Kür çayında və Baş Şirvan kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Foodinfo.az xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. Bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakinləri Ələkbər Qasımov, Kamran Məmmədov, Neftçala rayon sakinləri İslam Məcidov, Habil Məmmədov, Nahid Əmirov, Mais İbrahimov, Davud Fərzəliyev, Kənan Rzazadə, Salyan rayon sakini Əlifağa Axundov, Qazax rayon sakini Ramin Əhmədov və Astara rayon sakini Elnur Məhərrəmov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Kür çayının ayrı-ayrı inzibati rayonlarının ərazilərindən keçən hissəsindən ümumilikdə 1575 metr uzunluğunda sintetik tor yığışdırılıb: “Eyni zamanda, Salyan rayonu Yenikənd kəndinin inzibati ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Əliağa Ağayev saxlanılıb”.
Xidmət rəsmisinin sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?