Saç insanların olmazsa olmazlarından biridir və bəlkə də ən önəmlisidir. Kişilər və qadınlar həmişə saçlarının gözəl görünməsini istəyirlər. Heç kim solğun və cansız saçlara sahib olmaq istəməz. Bəzən də saç rəngimizi dəyişmək və ya ağ saçları gizlətmək üçün müxtəlif boyalara üz tuturuq. Amma çox yaxşı bilirik ki, aldığımız bu boyaların hamısında kimyəvi maddələr var. Bu kimyəvi maddə təkcə saçımıza deyil, həm də sağlamlığımıza zərər verir. Ona görə də son vaxtlar təbii saç boyalarına maraq artıb. Onlardan biri də qəhvə ilə saçı boyamaqdır.
Foodinfo.az bildirir ki, qəhvə seçərkən tünd qəhvə seçmək lazımdır. Bunun üçün ikiqat qovrulmuş və ya espresso türk qəhvəsi seçə bilərsiniz.
Qəhvəni hazırladıqdan sonra soyudun. Soyudulmuş qəhvə suyunu qaba tökün və istəyinizə uyğun olaraq 3 yemək qaşığı saç kremi və lavanda yağı əlavə edərək qarışdırıb saçlarınıza masaj kimi çəkin. Saçınızı daraqla darayın ki, qarışım saçınızın hər nöqtəsinə bərabər şəkildə getsin. Saçları toplayıb 1 saat gözləyin. Sonra saçınızı sadəcə su ilə yuyun. Durulama zamanı şampundan istifadə etməyin. Bu tətbiq qəhvəyi saçlar üçün daha uyğundur, sarışın və ağ saçlarda təsiri azdır.