Bu həftə İstanbulda Ukrayna limanlarında qalan taxıl məsələsi ilə bağlı Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüşün keçirilməsi planlaşdırılır.
Foodinfo.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “TRT Haber” telekanalı yayıb.
“Hökumətdə olan bir mənbənin verdiyi məlumata görə, bu həftə nümayəndə heyətlərinin görüşü keçirilə bilər. Həmçinin qeyd olunub ki, Türkiyə və Ukrayna danışıqlara hazırdır. Bildirilir ki, Rusiyanın cavabından sonra dördtərəfli görüş dəqiqləşdiriləcək”, - deyə məlumatda qeyd olunub.
Mənbələr bildirib ki, BMT tərəfindən hazırlanan yol xəritəsi mexanizminin 80-90%-i hazırdır.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı