Bu gün Rusiyanın Ukrayna infrastruktur obyektlərinə endirdiyi aviazərbələrdən sonra buğdanın qiymətində dəyişiklik olub. Foodinfo.az xəbər verir ki, Çikaqo Fond Birjasında buğdanın qiyməti 4,4% bahalaşıb. “Geosiyasi vəziyyətin gərginləşməsi investorların Ukraynadan buğda ixracı perspektivlərinə şübhə etməsinə səbəb olub”, - deyə məlumatda bildirilib.