Yaxşı formada olmaq üçün həftədə 150-300 dəqiqə aerobik məşqlər etmək və ya 0,5-1 saat orta fiziki aktivlik lazımdır. 

Foodinfo.az xəbər verir ki, bu məsləhəti həkim-kardioloq Vyaçeslav Koliyev verib.

O qeyd edib ki, böyüklər üçün məşqin müddəti yaşdan asılı deyil.

Həkim onu da əlavə edib ki, məşq intensivdirsə, müddəti daha az olmalıdır - həftədə 75-100 dəqiqə, bu da gündə 15-30 dəqiqə edir. 

Koliev məşq zamanı ürək döyüntüsünə nəzarət etməyi məsləhət görüb. Nəbzi bu formula ilə hesablamaq olar: 220-dən insanın yaşını çıxdıqda əldə olunan rəqəm orta ürək yığılması tezliyi sayılacaq. 

Beləliklə, bu tövsiyələrə əməl edərək biz yaxşı fiziki formada ola və ürək-damar sağlamlığımızın qeydinə qala biləcəyik.

Nərmin