Ümumdünya Səhiyyə Təşkilatı pəhriz sinfinə daxil olan bir çox məhsulda xərçəngə səbəb olan aspartamın olduğunu açıqlayıb. Aspartamlı məhsullar arasında gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz az yağlı qatıq, saqqız kimi məhsullar var.
Foodinfo.az xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi siçanlar üzərində apardığı iki illik təcrübədə tərkibində aloe vera ekstraktı olan su içənlərin bağırsaq xərçənginə tutulma ehtimalının daha çox olduğunu müəyyən edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, adətən meşə ərazilərində, çöllərdə və yamaclarda rast gəlinən qıjı həm də bağırsaq və sidik kisəsi xərçəngi riski daşıyır.
Kanserogen kimi müəyyən edilən digər məhsullara doğuşa nəzarət həbləri də daxildir. Məlum olub ki, doğuşa nəzarət həbləri döş xərçəngi riskini artırır.
Bədən tozunun istifadəsinin yumurtalıq xərçəngi riski daşıdığı ifadə edilib.
Xərçəng və peşələr arasındakı əlaqəyə dair araşdırmada quru təmizləmə, tekstil və poliqrafiya sənayelərində işləməyin təhlükəli olduğu ortaya çıxıb.
Danimarka araşdırması, camaşırxana işçiləri arasında qaraciyər və öd kisəsi xərçənginin daha yüksək olduğunu göstərib.
Tekstil sahəsində çalışanların boğaz və ağız xərçənginə tutulma ehtimalının daha çox olduğu bildirilib.