" Azərbaycan vətəndaşları sentyabr, oktyabr aylarında piştaxtalarda un və un məmulatlarının bahalaşmasını müşahidə edəcəklər”. Foodinfo.az xəbər verir ki, bu barədə Xəzər TV-yə iqtisadçı ekspert Asif İbrahimov bildirib. O qeyd edib ki, yerli istehsal tələbatı tam təmin etmədiyindən gələcək aylar üçün qiymət fərqi gözəçarpan olacaq. Ukraynada baş verən müharibə və quraqlıq səbəbindən unun qiymətində müəyyən bahalaşmalar olacaq: “Azərbaycan daxili tələbatını tam təmin edə bilmədiyindən taxıla olan tələbatımızı xaricdən tədarük edirik. Bu məhsul daha çox Rusiya, Ukrayna və Qazaxıstandan alınır. Dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında baş verən müharibə bu məhsulun qiymətinə ciddi təsir edir. Ukrayna artıq dəniz ölkəsi deyil, bu baxımdan Qara dəniz vasitəsilə dünya bazarına məhsul çıxara bilmir. Cənubi Qafqazı əvvəl Rusiya üzərindən təmin edirdi. Hazırda isə məhsullar Avropa üzərindən daşındığından bu da əlavə xərclər yaradır və maya dəyərinə təsir edir”.