"İmplant qoyulmasından 10 il sonra, hətta qadın özünü yaxşı hiss etsə belə, mütləq plastik cərrahın müayinəsindən keçmək lazımdır..." "Dünyada 1227, ABŞ-da 400 halda döş implantı olan qadınlarda limfoma aşkar edilib..." Döş implantları şişlərin inkişaf riskini yüksəldirmi? ABŞ dərmanlara və məhsullara nəzarət üzrə Federal Agentliyi (FDA) avqustun 8-də məlumat verib ki, dəri xərçənginin nadir forması-skvamoz-hüceyrə karsinoması və silikon implant ətrafında çapıq toxumalardan inkişaf edən limfoma barəsində məlumat alıb. Foodinfo.az xəbər verir ki, bu barədə "Ynet" nəşrində sentyabrın 9-da dərc edilən məqalədə deyilir. FDA dərinin skvamoz-hüceyrə karsinoması haqqında 10 məlumat və silikon implantların yerləşdirilməsi ilə bağlı müxtəlif növ limfoma haqqında 12 məlumat alıb. Hazırda, agentlyin izah etdiyi kimi, bu şişlərin implantla bağlı olması barədə informasiya kifayət deyil və onkoloji riski yüksəldən implant tipini söyləmək mümkün deyil. 3 il öncə FDA anaplastik limfomanın inkişafı barədə məlumatlarla bağlı döş implantları haqqında xəbərdarlıq edib. İndi FDA bəyan edir ki, əvvəllər məlumat verilən limfomadan fərqli tip limfoma inkişaf edib. FDA həmçinin iddia edir ki, implant ətrafında çapıq toxumadan inkişaf edən şişlər nadir hallarda baş verir, qadınların hansılarının risk qrupuna aid olması bəlli deyil. FDA-nın məlumatına görə, 2022-ci ilin avqustunda ABŞ-da 400 və bütün dünyada 1227 halda  BİA-ALCL tipli limfomanın (döş implantları ilə bağlı anaplastik iri hüceyrəli limfoma) inkişaf etməsi barədə bəlli olub. Bu tip şiş barədə bir neçə il öncə məlunat verilib. Bu siyahıya hazırda İsraildə belə diaqnoz qoyulan 8 xəstə də daxil edilib. İsrailin plastik cərrahlar Assosiasiyasının sədri doktor Meir Koen deyib: "Biz ictimaiyyəti risklər barədə məlumatlandırmalı və qadınlara sinənin istənilən dəyişməsinə diqqət etməyə çağırış etməliyik. Müntəzəm olaraq döşün müayinəsi aparılmalıdır. Səhiyyə nazirliyi və xərçənglə mübarizə Asosiasiyasının tövsiyələrinə görə, implantın qoyulmasından 10 il sonra  hətta qadın özünü yaxşı hiss etsə belə, mütləq plastik cərrahın müayinəsindən keçmək lazımdır.