Siqaret istifadəçiləri COVID-19 virusunun törətdiyi xəstəliyi daha ağır keçirirlər. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, koronavirusa yoluxanlarda sətəlcəm (pnevmoniya) artdığına görə siqaret çəkənlər və ağciyər xəstələri də həssas qrupa daxildirlər. Ekspertlər koronavirusa yoluxma ehtimalını azaltmaq üçün tez-tez əlləri sabunla yumağı, əllə üz nahiyəsinə toxunmamağı, sosial məsafə qaydasına ciddi əməl etməyi vacib hesab edirlər.