"Siyəzən Broyler" ASC-də oğurluq hadisəsi baş verib. Foodinfo.az-ın "Report"a istinadən xəbərinə görə, şirkətdən 100 kiloqram toyuq məhsulu oğurlanıb. "Siyəzən Broyler" ASC-nin direktoru Asəf İsmayılov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək oğurluğun şirkətin işçiləri tərəfindən edildiyini bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.