Qidaların soyuducuda düzgün saxlanması yalnız onların təzəliyini qorumaqla kifayətlənmir, həm də qida zəhərlənmələrinin qarşısını alır. 

Foodinfo.az xəbər verir ki, hər məhsulun soyuducuda qalma müddəti fərqlidir və bu qaydalara əməl edilməməsi ciddi sağlamlıq riskləri yarada bilər.

1. Ət və süd məhsulları

Çiy ət 3–5 gün ərzində, toyuq və hinduşka isə cəmi 1–2 gün ərzində soyuducuda saxlanmalıdır. Pişmiş ət 3–4 gün, kolbasa və sosiskalar isə açıldıqdan sonra 3–7 gün ərzində istifadəyə yararlıdır. Süd məhsullarında isə süd 5–7 gün, yoqurt və qatıq 7–14 gün müddətində saxlanmalıdır.

2. Balıq və yumurta

Çiy balığın saxlanma müddəti 1–2 gün, bişmiş balıq isə 3–4 gündür. Yumurtalar qabığında 3–5 həftə, bişmiş halda isə maksimum 1 həftə saxlana bilər.

3. Tərəvəz və meyvələr

Meyvə və tərəvəzlər üçün isə bu müddət dəyişkəndir. Məsələn, pomidor və xiyar 5–7 gün, alma və armud isə 2–4 həftə ərzində təravətini saxlayır. Soyulmuş, doğranmış meyvə və tərəvəzlər isə 2–3 gündən artıq saxlanmamalıdır.

4. Hazır yeməklər və salatlar

Evdə hazırlanan yeməklərin (pılov, şorba və s.) maksimum saxlanma müddəti 3–4 gün təşkil edir. Mayonezli salatlara gəldikdə isə, onlar cəmi 1–2 gün ərzində istifadə olunmalıdır.

Mütəxəssislər soyuducuda qidaları qapaqlı qabda, 0–4°C arasında saxlamağı və məhsulların üzərinə hazırlanma tarixini yazmağı tövsiyə edirlər.

Bu sadə qaydalar həm israfın, həm də sağlamlıq problemlərinin qarşısını almağa kömək edir.