Tutaq ki, siz uzun tətilə gedirsiniz və evdə olmayacaqsınız, amma soyuducuda qida var və onu atmaq istəmirsiniz. Bu vəziyyətin ən yaxşı həlli dondurucuya bir qəpik qoymaqdır...
Foodinfo.az xəbər verir ki, səyahət etməzdən əvvəl soyuducuya qəpik qoymaq Avropalıların ən çox istifadə etdiyi metoddur.
Əvvəlcə dondurucuya bir qab su qoyub dondurun.
Sonra üstünə bir qəpik qoyub üzərini örtün.
Tətildən və ya başqa bir şəhərdən dönərkən buzun üstündə qəpik olarsa, soyuducuda olan bütün qidaları təhlükəsiz şəkildə istehlak edə bilərsiniz. Yox əgər qəpik buzun altına düşərsə, o yeməkləri yeməyin!
Dondurucunuz uzun müddət işləməyə bilər və soyuducuda olan bütün məhsullarınız xarab olmuş olar.
Yəni soyuducu uzun müddət dayandıqda bütün məhsullar əriyir və işləyərkən yenidən dondurulur.
Bu müddət ərzində də ət, toyuq və s. məhsullar 90% xarab olmuş olar.
Bu, sağlamlığınıza böyük ziyan vurur. Hətta qida zəhərlənməsi nəticəsində həyatınıza son verə bilər.
Bu üsul çox sadə görünsə də sağlamlığınız üçün çox yaxşı bir tədbirdir.