İnfarkt təkcə yanlış həyat tərzi keçirən insanlarda deyil, həm də sağlam hesab olunanlarda baş verə bilər. 

Foodinfo.az xəbər verir ki, kardioloq Vyaçeslav Koliev bu təhlükəli xəstəliyin gizlin simptomları barədə danışıb.

Mütəxəssis vurğulayıb ki, ürək-damar problemlərinin ən təhlükəli fəsadlarından biri infarktdır. İnfarktın simptomlarından biri fiziki və ya emosional stress zamanı sinədə ağrı hissidir. Bu ağrı istirahətdən və ya nitrogliserin qəbul etdikdən sonra kəsilir. 

Kiçik gərginlik və ya sakit vaxtlarda nəfəs darlığı (xüsusən də digər xəstəliklərlə əlaqəli deyilsə), normal fiziki fəaliyyətə dözmək qabiliyyətinin pisləşməsi, səbəbsiz yorğunluq, zəiflik, başgicəllənmə, ürək bulanması, həddindən artıq tərləmə kimi əlamətlərə də diqqət yetirilməlidir.

Koliyev ürək aritmiyasının infarkt xəbərçisi ola biləcəyinə də işarə edib.

Bu simptomlarla qarşılaşdıqda kardioloq təcili olaraq həkimə müraciət etməyinizi şiddətlə tövsiyə edir. Bundan əlavə, ürək-damar xəstəliklərinin qarşısını almaq üçün mütəxəssis ildə ən azı bir dəfə kardioloqun müayinəsindən keçməyi tövsiyə edir. Bu, problemləri erkən müəyyənləşdirməyə, ürək və damarlarının sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməyə kömək edəcək.

Nurlan