Aktiv olaraq süd və süd məhsulları qəbul edən kişilərdə prostat xərçəngi əmələ gələ bilir.
Foodinfo.az xəbər verir ki, Britaniya alimlərinin yeni elmi araşdırması südün kişilər üçün zərərini sübut edib.
"Təxminən hər 8 kişidən birində ömrü boyu prostat xərçəngi aşkarlanır.
Sübut olunub ki, piylənmə, siqaret, içki prostat xərçənginin əsas səbəblərindən biridir.
Alimlər prostat xərçəngi ilə bağlı 33 meqa elmi tədqiqatı analiz edib.
Məlum olub ki, gündə 400-500 qram və daha çox süd qəbul edənlərdə prostat şişi daha yüksək olub.
Bura süd, qaymaq, pendir daxildir.
Buna səbəb xərçəngin yaranmasında kalsiumun çoxluğudur. Kalsium isə süd məhsullarında olur. Ona görə kişilərə, xüsusən 40 yaşdan sonra aktiv şəkildə, yəni gündə və çox miqdarda süd və süd məhsulu qəbul etmək məsləhət deyil. Bir pors bir stəkan süd və ya 30 qram pendir ola bilər.