Osteoporozla mübarizədə istifadə olunan bisfosfonatlar alt çənənin xərçənginə səbəb ola bilər.
Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə həkim Aleksandr Myasnikov deyib. O qadınların diqqətini osteoporoz və buna qarşı dərmanların təsirinə yönəldib.
“Bir tərəfdən osteoporozun qarşısını almaq lazımdır, digər tərəfdən bisfosfonatlar alt çənə hissədə sarkoma-toxuma, sümük arası xərçəng yarada bilər.
Kim bisfosfonat qəbul edirsə, mütləq stomatoloji prosedurlar və çənədə, dişdə kiçik əməliyyatlar zamanı bu dərmanların qəbulunu dayandırsınlar. Hər bir stomatoloq, üz-çənə cərrahı da bu barədə məlumatlı olmalıdır”.