Endokrinoloq və diyetoloq Aleksey Kalinçev suşi yeməyin təhlükələri barədə xəbərdarlıq edib. Foodinfo.az xəbər verir ki, həkim izah edib ki, tərkibində çiy balıq olduğundan bu qida parazitlərə yoluxma riskini artırır. “Riski öz üzərinizə götürərək çiy balıq yeyirsiniz. Ancaq nəzərə alın ki, yoluxucu xəstəlik parazitoloqları çox azdır. Bu xəstəliklərin laboratoriya diaqnostikası da çox zəifdir. Belə ki, parazitlərin varlığını aşkar etmək kifayət qədər mürəkkəbdir. Odur ki, hər hansı xəstəliyə yoluxacağınız təqdirdə işiniz çətin olacaq”, - deyə diyetoloq bildirib.