Prezidentin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin və sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib.
Foodinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilərk bildirilib ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib. Tibbi xidmətlərlə bağlı vahid tarif siyahıları ödənişli əsaslarla göstərilən tibbi xidmətlər üzrə hesabatlılığı və şəffaflığı təmin edəcək.
Siyahı ilə bu linkdən tanış olmaq mümkündür. Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən bütün ölkə vətəndaşları ödənişsiz şəkildə istifadə edə bilərlər.
Bunun üçün vətəndaşların TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmələri kifayətdir.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?