Təbii sabunlar kimyəvi tərkibli sabunlara nisbətən saç və dəri üçün daha faydalıdır. Foodinfo.az xəbər verir ki, onların tərkibində sintetik ətirlər, sulfatlar və parabenlər olmadığı üçün dərini və saçları qurutmadan, təbii yağ balansını qoruyaraq təmizləyir.  

Təbii sabunların faydaları:

1. Kimyəvi sabunlardan fərqli olaraq dərinin təbii yağ qatını qoruyur.  

2. Kükürd, dəfnə, zeytun yağı və qatran tərkibli sabunlar saç dərisini qidalandırır.  

3. Təbii yağlar və bitki ekstraktları ilə hazırlandığı üçün həssas dərilər üçün daha uyğundur.  

4. Xüsusilə, kükürd və propolis sabunları dəridə sızanaq və göbələk problemlərinin qarşısını alır.  

5. Aktiv kömürlü və gil tərkibli sabunlar məsamələri açaraq dərini təravətləndirir.  

Dəri və saç tipinə uyğun zeytun yağı, gülab, kükürd, qatran, lavanda və ya arqan yağı tərkibli sabunlardan istifadə etmək daha yaxşı nəticə verir.