Ləkələr adətən makiyaj məhsulları ilə örtülməyə çalışılır, lakin təbii üsul və materiallarla müntəzəm istifadə edildikdən sonra bəzi ləkələr yox ola bilər.
Foodinfo.az xəbər verir ki, xarici amillərin təsiriylə dəridə tez-tez ləkələr əmələ gəlir. Bu ləkələr bəzən yox olur, bəzən də yenidən yaranır. Xüsusilə yay aylarında günəş şüaları dəridə ləkələrə səbəb olur. Bu ləkələr adətən hər kəsdə olur. Bunun üçün də dərimizi qorumalıyıq.
Mütəxəssislər qadınlara yay aylarında makiyaj etməmələri barədə xəbərdarlıq edir. Yayda edilən makiyaj dəridə ləkələrə səbəb ola bilər. Hətta göz makiyajı da göz xəstəliklərinə səbəb ola bilər.
Qadınlar dərilərindəki ləkələrdən çox narahat olurlar və bu ləkələrdən qurtulmağa çalışırlar. Dəri ləkələri üçün ilk növbədə həkimə müraciət edilməlidir. Əgər probleminiz yüngül və sadə ləkələrdirsə, bunu təbii məhsullardan ibarət qulluq maskaları ilə aradan qaldıra bilərsiniz, ancaq ciddi ləkələrdirsə, mütləq dəri həkiminizin tövsiyələrinə əməl etməlisiniz. Genetik olmayan xarici faktorların yaratdığı qeyri-ciddi ləkələr üçün evdə mövcud olan materiallarla öz tonikinizi hazırlayıb ləkələrinizdən xilas ola bilərsiniz.
Tonik hazırlamaq üçün lazım olanlar:
1 banka
1 çay qaşığı düyü
2 noxud
Düyünü bankaya qoyun. Suyu qaynadın və soyudun. Sonra bankaya əlavə edin. Noxud əlavə edib bankanı təmiz bir parça ilə örtün və 15 gün belə saxlayın.
Daha sonra hər axşam yatmazdan əvvəl pambıq köməyi ilə ləkələnmiş nahiyələrə çəkin. Müntəzəm olaraq istifadə edilərsə, dəri ləkələrini açacaq və daha sonra dərinin tam bütövlüyünü təmin edəcəkdir.