
Yüksək qan təzyiqindən əziyyət çəkən insanlar gündəlik qidalanmada bəzi məhsullardan uzaq durmalıdırlar. Foodinfo.az bildirir ki, bu barədə kardioloq Aleksey Zorin “KardioForum” saytında məlumat verib. Onun sözlərinə görə, təzyiqi artıran əsas məhsullardan biri duzlu qidalardır, çünki natrium orqanizmdə suyu saxlayaraq damar divarlarına təzyiqi artırır.
İkinci risk qrupu hazır ət məhsullarıdır – kolbasa, sosis və konservləşdirilmiş ətlər yüksək miqdarda duz və doymuş yağ ehtiva edir. Zorin bildirir ki, şəkərli içkilər və qənnadı məhsulları da təzyiqə dolayısı yolla təsir göstərir, çünki insulin səviyyəsinin dəyişməsi damar tonusunu poza bilər. Üçüncü zərərli qrup isə qızartmalardır – kartof qızartması və fast foodlar tərkibindəki trans yağlar səbəbilə damar elastikliyini azaldır. Kofein tərkibli içkilər, xüsusilə enerjiverici içkilər və çoxlu qəhvə, yüksək təzyiqi olan insanlar üçün təhlükəli ola bilər.
Spirtli içkilər isə müvəqqəti təzyiqi aşağı salsa da, davamlı istifadədə damar sistemini zədələyir. Zorin qeyd edir ki, təzyiqi olan şəxslər tərkibi yoxlanmamış yarımfabrikatlardan da uzaq durmalıdır. Ən doğru yanaşma isə təbii, duzsuz, tərəvəz əsaslı və az yağlı qidalara üstünlük verməkdir. Kardioloq vurğulayır ki, düzgün qidalanma dərmansız təzyiqin tənzimlənməsinə böyük təsir göstərə bilər.