Qarpız toxumu tərkibində maqnezium, triptofan və sink kimi maddələrlə zəngindir.

Foodinfo.az xəbər verir ki, bu maddələr sinir sisteminin sakitləşməsinə və melatonin hormonunun sintez olunmasına kömək edir. 

Maqnezium əzələlərin boşalmasına, triptofan isə serotonin və melatoninin yaranmasına dəstək olur. Bu da insanın rahat yuxuya getməsini və dərin yatmasını asanlaşdırır. 

Qarpız toxumu həm də sağlam yağ turşuları ilə zəngin olduğu üçün beyin funksiyalarını dəstəkləyir və stressi azaldır. 

Yatmazdan əvvəl az miqdarda qovrulmamış, duzsuz qarpız toxumu yemək yuxunun keyfiyyətini artıra bilər.