2 nömrəli Bakı Baza Tibb kollecinin kollektivinə ağır itki üz verib.
Kollecin müəllimi Azadə Quliyeva 65 yaşında qəflətən dünyasını dəyişib.
O, Azərbaycan Dövlət Tibb Universitetini bitirib, bir müddət Azərbaycan Elmi-Tədqiqat Travmatologiya İnstitutunda işlədikdən sonra ömrünün sonunadək 2 nömrəli Bakı Baza Tibb kollecində çalışıb.
Allah rəhmət eləsin!