"Xəstə insanlar kimisə yoluxdurmamaq üçün tibbi maskadan istifadə etməlidirlər". Bunu apteklərdə tibbi maska çatışmazlığı barədə sualı cavablandıran Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov açıqlayıb.
V.Qasımov deyib ki, sağlam insanların adi halda maskadan istifadə ettməsi düzgün deyil. Onun sözlərinə görə, sağlam şəxslər yalnız insanlar çox olan yerdə tibbi maskadan istifadə edə bilərlər.
Nazir müavini tibbi maskaların xaricə aparılmasının qarşısının alınması üçün qadağa tətbiq olunduğunu da nəzərə çatdırıb. Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə Azərbaycanda kifayət qədər maska və qoruyucu vasitələrin olduğunu açıqlayıb.