Azərbaycanda tibbi sığorta üzrə yığımlarda artım, ödənişlərdə isə azalma qeydə alınıb.
Foodinfo.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında bu növ sığorta üzrə 78 milyon 822 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 18 min manat və ya 4% çoxdur. Belə ki, keçən ilin yanvar-may aylarında bu göstərici 75 milyon 804 min manat olmuşdu.
Tibbi sığorta üzrə cəmi ödənişlər isə 2023-cü ilin yanvar-may aylarında 28 milyon 923 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 2 milyon 513,6 min manat və ya təxminən 8% azalma deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 31 min 436,6 min manat təşkil edib.
Belə ki, 2023-cü ilin ilk 4 ayında bu sığortanın zərərliliyi cəmi 36,7% təşkil edib.
Ötən ilin eyni dövründə isə zərər göstəricisi cəmi 41,5% olmuşdu.