Türkiyə Statistika Xidməti (TÜİK) iyun ayı üzrə istehlakçı qiymətləri indekslərinin (inflyasiya göstəricisi) açıqlayıb.
Foodinfo.az xəbər verir ki, iyunda ölkədə illik inflyasiya 78,62 faiz təşkil edib (2021-ci ilin iyun ayı ilə müqayisədə qiymətlər 78,62% artıb ). Aylıq artım isə 4,95 faiz olub (may ayı ilə müqayisədə iyunda qiymətlər 4,95% artıb).
İqtisadçıların proqnozu inflyasiyanın aylıq 5,2 faiz, illik isə 79 faiz olacağı istiqamətində idi.
Mayda Türkiyədə illik inflyasiya 73,50% təşkil etmişdi.
Yanvar-iyun dövründə istehlakçı qiymətləri 42,35 faiz artıb.
Baza inflyasiyası illik 57,3-ə yüksəlib.
Yerli istehsalçı qiymətləri aylıq 6,77 faiz, illik 138,31 faiz artıb.
Əvvəlki ilin eyni nisbətən ən yüksək artım göstərən əsas qruplar müvafiq olaraq 123,37% ilə nəqliyyat, 93,93% ilə qida və alkoqolsuz içkilər, 81,14% ilə ev əşyaları olub.