“Taxıl sazişi” çərçivəsində bu günə qədər Ukrayna limanlarından taxıl da daxil olmaqla 16,9 milyon ton kənd təsərrüfatı məhsulları daşınıb.
Foodinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kirişçi açıqlayıb.
Onun sözlərinə görə, sözügedən bu məhsulların yalnız 5,4%-i yoxsul ölkələrə göndərilib.
Xatırladaq ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair saziş 2022-ci il iyulun 22-si İstanbulda 120 günlüyünə bağlanıb. Daha sonradan sazişin müddəti uzadılıb. Sözügedən saziş Rusiya, Ukrayna, Türkiyə və BMT arasında bağlanıb.