Ürək sağlamlığını qorumaq üçün çərəzlər əvəzolunmazdır. Foodinfo.az xəbər verir ki, badam, qoz, fındıq və püstə kimi çərəzlər tərkibindəki sağlam yağlar, antioksidantlar və vitaminlərlə ürək xəstəlikləri riskini azaldır.
Xüsusilə omeqa-3 yağ turşuları və E vitamini damar elastikliyini artırır, qan dövranını yaxşılaşdırır və xolesterolu tənzimləyir.
Tərkibindəki liflər damar tıxanmasının qarşısını alır, arterial təzyiqi aşağı salır və toxluq hissi yaradır.
Maqnezium və kalium isə ürəyin ritmini qorumağa və stresin təsirlərini azaltmağa kömək edir.
Çərəzlərin müntəzəm istehlakı infarkt və ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.
Amma çərəzlər yüksək kalorili olduğu üçün ölçülü şəkildə istehlak edilməlidir. Gündə bir ovuc çərəz ürək sağlamlığını dəstəkləmək üçün kifayətdir.