Cökə çayı sakitləşdirici və sağaldıcı xüsusiyyətləri ilə tanınsa da həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, onun tərkibindəki aktiv maddələr qan təzyiqini aşağı sala bilər, bu da başgicəllənmə və halsızlığa yol açar.
Xüsusilə aşağı təzyiqdən əziyyət çəkənlər və ya dərman qəbul edənlər cökə çayı miqdarına diqqət etməlidirlər.
Cökə çayı diuretik təsirə malikdir, yəni tez-tez sidiyə çıxmağa səbəb olur və bədəndəki su balansını poza bilər. Bu da başgicəllənmə və susuzluq yaradar.
Həmçinin Çəçayın sakitləşdirici təsiri isə bəzən yuxululuq da yarada bilər.
Gündə 1-2 fincan cökə çayı içmək faydalıdır, lakin miqdarı artırmaq istəyərkən yan təsirlərlə nəticələnə bilər.