Uşaqlarda qeydə alınan rekord piylənmə Böyük Britaniyanın gələcəyini təhdid edir, qeyri-sağlam qida ilə mübarizə üçün təcili tədbirlər görülməlidir.
Foodinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Toni Bler Qlobal Dəyişiklik İnstitutunun yeni hesabatında deyilir.
Qeyd olunub ki, “siyasi ətalət” ucuz, emal olunmuş qidaları sağlam, sərfəli seçimlərlə əvəz etmək üçün ən böyük problemdir. Hesabata əsasən məktəblər bu problemin həllində mühüm rol oynaya bilər.
Hesabat müəlliflərinin fikrincə, yoxsulluq şəraitində yaşayan, pulsuz yemək ala bilməyən 800 000-ə yaxın uşağı əhatə etmək üçün islahatlar həyata keçirməlidir.
Hesabatda zərərli qidaların reklamına qanuni məhdudiyyətlərin qoyulması, məktəblər və xəstəxanalar kimi ictimai binalarda sağlam qidaların qəbuluna dair tədbirlər həyata keçirilməsi təklif edilir.