Hər gözəl gün rahat bir gecə yuxusundan sonra başlayır. Uşaqları müntəzəm yuxuya alışdırmaq üçün münasib rejim müəyyənləşdirmək lazımdır. Araşdırmalar göstərir ki, rejimin olması uşaqları daha uzun müddət yatmağa kömək edir.
Foodinfo.az xəbər verir ki, həkim-pediatr Azad Əkbərzadə deyib: “Yuxu insan fiziologiyası üçün çox əhəmiyyətlidir. Xüsusilə hormonal sistemin düzgün inkişafı və ifrazatında onun rolu böyükdür, çünki hormonlar bədənin bir çox proseslərini idarə edir.
Bədəndə maddələr gün ərzində eyni səviyyədə olmur. Xüsusilə böyümə ilə əlaqədar olan hormonlar yuxu rejimi ilə çox əlaqədardır. Məsələn, böyümə hormonları axşam saat 9-dan gecə 3-dək uşaq yuxuda olanda qanda ən optimal səviyyəyə çatır”.
Doyunca yatmayan və ya normadan artıq yatan uşaqların sağlamlığında fəsadlar yarana bilər. Həmin hallar körpədə çəki azlığı, iştahasızlıq və əsəbiliklə müşahidə olunur.
Körpənin yuxu pozulmasının müxtəlif səbəbləri var. İlk növbədə uşağın yuxuya getdiyi mühitin havalandırma və işıqlandırma baxımından qənaətbəxş olmasına çalışmaq lazımdır.
Valideynlər uşağın yuxu rejiminin yaşına görə uyğun olmasına nəzarət etməlidir.
Uşaqlar yatmazdan əvvəl telefon, televizor, planşet kimi vasitələrdən uzaq durmalı, yatmazdan əvvəl yuxunu qaçıracaq aktiv fəaliyyətlərlə məşğul olmamalıdırlar. Gec saatda yemək yeyilməməli, çay və kofe içilməməlidir.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir