Vahid əkin sahələrində vahid əkin üsulu azı 5 fermer və onların istifadələrində olan 10 hektardan az olmayan torpaq sahəsində su resursları, kənd təsərrüfatı istehsal vasitələri, habelə aqrotexniki xidmətlərin birgə tətbiqi ilə vahid bitki becərilməsi və növbəli əkin üsulunun tətbiqini nəzərdə tutan könüllü fəaliyyət növüdür.

Foodinfo.az-ın xəbərinə görə, vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqi və bu sahədə fermerlərə dövlət xidmətlərinin göstərilməsində əlaqələndirilməni ın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi həyata keçirir.

Vahid əkin sahəsi yerlərinin siyahısı hər il Aqrar Subsidiya Şurası tərəfindən təsdiq edilir və Agentliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə elan edilir.

Vahid əkin sahəsi elan edilən yerlərdə fəaliyyət göstərən fermerlərə bu barədə məlumat (SMS və Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) vasitəsilə) verilir. Vahid əkin sahəsi elan edilən yerlərdə tətbiq ediləcək növbəli əkin qrafiki barədə DAİM tərəfindən əlavə məlumatlandırma və maarifləndirmə tədbirləri həyata keçirilir.

Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqinə qoşulmaq istəyən fermerlər bu barədə apardıqları əkini subsidiya almaq məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemində bəyan edərkən razılıq verirlər.

Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqinə qoşulmağa razılıq verən fermerlərə onların müraciətləri əsasında DAİM tərəfindən aşağıdakı dəstək tədbirləri görülür:

əkinin aparılma üsulları və aqrotexniki xidmətlərlə bağlı təlim və informasiya məsləhət xidmətinin həyata keçirilməsi;

kənd təsərrüfatı istehsal vasitələrindən (toxum, gübrə, texnika, pestisid) istifadə, torpaqların aqrokimyəvi analizlərinin aparılması, aqrotexniki xidmətin göstərilməsi (bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə təminat);

aqrar sığortanın tətbiqi ilə əlaqədar məlumatlandırma və maarifləndirmənin aparılması.

Vahid əkin sahələrində vahid əkin üsulunun tətbiqinə qoşulmuş fermerlərin əkin sahələrində əsasən monitorinq və qiymətləndirmə həyata keçirilir.