Vitaminlərə güvənib sağlıqsız qidalanmaq böyük bir səhvdir. Bəzi insanlar balanssız və qeyri-sağlam qidalanmalarını vitamin və mineral əlavələri ilə kompensasiya edə biləcəklərini düşünürlər. Ancaq sintetik vitaminlər heç vaxt təbii qidaların yerini tam olaraq verə bilməz.
Foodinfo.az xəbər verir ki, meyvə, tərəvəz, protein və sağlam yağlarla zəngin qidalanma bədənə yalnız vitamin deyil, həm də lif, antioksidantlar və fitonutrientlər kimi vacib maddələr verir. Halbuki, təkcə vitamin qəbul edərək sağlam qalmaq mümkün deyil. Üstəlik, bəzi vitaminlərin həddindən artıq qəbulu (məsələn, A və D vitamini) toksik təsir göstərə bilər.
Ən yaxşı seçim vitaminləri təbii qidalardan almaq və yalnız həkim tövsiyəsi ilə əlavə qəbul etməkdir. Sağlam qidalanma bədəni daha güclü və balanslı saxlayır.