Qədim dövrlərdən xınanın evlənəcək cütlükləri pis gözdən və nəfsdən qoruyacağına inanılır. Ona görə də xına yaxmaq keçmişdən bu günə qədər mövcud olan ənənələrindən biridir.
Satışda əsasən qəhvəyi və yaşıl olmaqla iki növ xına var. Yaşıl xına saf xına deyil, boya ilə rənglənir. Qəhvəyi rəng xına isə saç və dəriyə qulluqda çox faydalıdır.
Xınanın faydalı xüsusiyyətli arasında bunlardır:
Ağrıkəsici təsir
Bədənin ağrıyan hissələrinə xına vurulduqda, həmin bölgə ağrılardan xilas olur. Xına yanıq yaralarının müalicəsində də faydalıdır və ağrıları azaltdığı üçün yanıq yaralarının sürətlə yaxşılaşmasını təmin edir.
Baş ağrısı üçün faydaları
Əsasən qırmızı xına çiçəkləri baş ağırsını aradan götürür. Baş ağrısını azaltmaq üçün xına bir pasta kimi tətbiq olunmalıdır.
Dırnaqlar üçün faydalıdır
Xüsusilə çatlamağa meylli olan dırnaqlar üçün terapevtik xüsusiyyətə malikdir. Bunun üçün həqiqi yağ və xına tozu qarışığından istifadə maksimum səmərəliliyi təmin edir.