Hollandiyanın Maastrixt Universitetinin alimləri 28 yaşlı kişi və qadının iştirakı ilə araşdırma aparıblar. İştirakçılar hər gün qoz, fındıq, püstə qarışığı yeyiblər.
Tədqiqatın məqsədi müxtəlif qoz-fındıq qarışığının uzun müddət istehlakının yaşlı insanların beyin damarlarının vəziyyətinə təsirini müəyyən etmək olub. İştirakçılar dörd ay ərzində hər gün 60 qram qoz-fındıq qarışığı istehlak ediblər.
Mütəxəssislər eksperimentin əvvəlində, zamanı və sonunda göstəriciləri ölçüblər: beynin periferik damarlarının funksiyaları, eləcə də iştirakçıların idrak fəaliyyəti qiymətləndirilib.
Heç bir mənfi təsir qeydə alınmayıb, lakin qoz-fındıq yemək xolesterol və karbohidratların qəbulunu azaldıb və lif və sağlam yağların qəbulunu artırıb. Həmçinin, qoz-fındıq istehlak edən insanlarda elm adamları beynin damar sisteminin vəziyyətinin 16% yaxşılaşdığını qeyd ediblər.
Nurlan