Yayda isti hava baş ağrısı və halsızlığın səbəbi orqanizmin susuzlaşması, maye çatışmazlığı ola bilər.
 
 Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, həkim endokrinoloq Oleq İrışkin yayda susuzlaşmanın fəsadlarını açıqlayıb.
“İnsan nə qədər yaşlıdırsa, bir o qədər susuzlaşma çox olur. Orqanizmdə məya az olduqda qanı qatılaşdırır, tromb yaranır. Qan qatılaşdıqda baş ağrıyır, insan halsız olur. Maye balansı təmin olunmadıqda, insult, ürək tutması, infarkt baş verir.
İlk başda orqanizmdə susuzlaşma çox da diqqət çəkməyən əlamətlərlə özünü göstərir. Yüngül baş ağrısı, zəiflik, yorğunluq. İnsan bunu ayrı amillərə yozur. Bu zaman sidiyinizin rənginə baxın. Sidik nə qədər tünddürsə, rəngi narıncıdırsa, deməli, bir o qədər çox susuzluq var. Normalda sidik sarı samanı açıq rəng olmalıdır.
Belə halda mütləq adi təmiz su qəbulunu artırın”