Rusiyanın tanınmış diyetoloqu Yelena Solomatina yayın isti günlərində istifadəsi məsləhət olmayan, orqanizm üçün təhlükəli hesab edilən içkilərin adını açıqlayıb. Foodinfo.az Sfera.az xəbər verir ki, Solomatina "Axşam Moskva" jurnalına verdiyi müsahibəsində o, şəkərli içkilərdən imtina etməyik daha yaxşı olduğunu söyləyib. "Bir tərəfdən, şirin içkilər bədəndə maye saxlayır, digər tərəfdən susuzluğu artırır, insan yenidən içmək istəyir", - deyən diyetoloq vurğulayıb ki, belə içkilər qan şəkərinin artmasına dsa səbəb ola bilər: “Bu isə diabet xəstələri üçün xüsusilə təhlükəlidir. Bir insan heç bir şeydən əziyyət çəkmirsə, lakin şəkərə meyllidirsə, o, şirin və qazlı içki içəndə isti havalarda özünü yorğun, əzgin hiss edəcək. Bu vəziyyətdə həmin insan daha çox şirin içki içmək istəyəcək və bu hal davamlı olacaq”. Buna görə də həkim hesab edir ki, istidə meyvə şirələri də susuzluğu yatırmaq üçün uyğun deyil: “Qatılaşdırılmış şirin şirələr demək olar ki, şəkərli su ilə eynidir. Bütün hallarda istidə onları qəbul etmək qan şəkəri səviyyəsini artıracaq”. Solomatina görə, isti havalarda duzlu içkilərin tez-tez istifadəsi, xüsusən də ürək-damar sistemi ilə bağlı problemləri olanlar üçün vəziyyətin pisləşməsinə səbəb ola bilər. O, isti yay havasında spirtli içki qəbul etməyin zərərlərindən də danışıb. Onun sözlərinə görə, o, bədəni çox susuzlaşdırır və orqanizmdə şok yaratmaq imkanına sahibdir. Solomatinanın fikrincə, istidə susuzluğu və bədənin müqavimətini artırmaq üçün sitrus meyvələr və xiyar kimi “sərinləşdirici qidalar” yeməyi və adi su, həmçinin yaşıl çay içməyi tövsiyə edir.