Yemək yeyərkən nəyin necə və nə zaman yeyilməsi qədər bunu hansı vəziyyətdə etdiyimiz də bədənimizin reaksiyalarına təsir edir. Müasir elmi araşdırmalar göstərir ki, yemək zamanı oturma tərzi və bədən mövqeyi iştah, həzm prosesi və hətta qida qəbulunun miqdarına təsir göstərə bilər.

Foodinfo.az xəbər verir ki, oturma tərzimiz mədə ilə beyin arasındakı siqnalların sürətinə, qarın boşluğundakı təzyiqə və həzm orqanlarının düzgün işləməsinə təsir edir. Bütün bunlar nəticədə nə qədər və necə iştahla yediyimizi müəyyənləşdirə bilər.

1. Dik oturmaq və ya stolda düz durmaq

Dik və rahat oturmaq yemək zamanı ən tövsiyə olunan mövqedir. Bu vəziyyətdə mədə və bağırsaqlar sıxılmır, qidalar daha rahat hərəkət edir, beyinə doyma siqnalları daha tez çatır, iştahın normada qalmasına kömək edir

Araşdırmalar göstərir ki, dik oturan insanlar daha tez doyduqlarını və daha az yeməyə ehtiyac duyduqlarını bildiriblər.

2. Uzanıqlı və ya əyilərək yemək

Əyilərək, yastığa söykənərək yemək yemək həzm prosesini ləngidə, qarın boşluğunda təzyiqi artıra, qıcqırma (reflü), köp və narahatlıq yarada bilər. Bu da beynin doyma siqnallarını gecikdirir və artıq yeməyə səbəb olur.

Bədən dili və duruş yalnız fiziki deyil, emosional və zehni vəziyyətə də təsir edir. Dik oturan insanlar daha çox diqqətli olur, nə yediklərini və miqdarını daha yaxşı dərk edirlər. Əyilmiş və ya laqeyd oturuşda isə insan çox vaxt nə qədər və nə yediyinin fərqində olmur – bu da nəzarətsiz yeməyə səbəb olur.

Yeməyi yavaş yemək doyma siqnallarının beyinə çatması üçün vaxt yaradır. Dik və rahat oturuş bu prosesə dəstək verir, tələsmədən və mədəyə ziyan vermədən qidalanmağa şərait yaradır. Bu da təbiətən iştahı tənzimləyir və artıq qidalanmanın qarşısını alır.

Sağlam qidalanma təkcə yeməyin içində deyil, həm də onun necə yeyildiyində gizlidir.