Yeni ilə bir neçə gün qalıb. Yeni il şənlikləri yaxınlaşdıqca paytaxt Bakıda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar. Artıq paytaxtımızda bayram ab-havası hiss olunmaqdadır. Hər kəs Yeni il gecəsini harada keçirmək barədə düşünür. Bəs görəsən Bakıda əyləncəli Yeni il keçirmək üçün harada və nə qədər pul xərcləməliyik? Foodinfo.az Fed.az-a istinadən xəbər verir ki, Bakıda yeni il gecəsində restoranlarda təklif olunan qiymətlər araşdırılıb. Araşdırma nəticəsində ortaya çıxan maraqlı rəqəmləri təqdim edirik: "Teleqüllə" restoranındakı Yeni il gecəsini qeyd etmək üçün bir nəfər üçün 170 manatdır. “Cratos” ailəvi restoranında Yeni il keçirmək üçün adambaşı masalarda 150 azn, divanlarda isə 250 azn təşkil edir. "Çayki" restoranında 31 dekabrda bayram gecəsi adambaşı 300 manat olduğu bildirilib. "Baku Castle" restoranında isə bir adam üçün 100 manatdır. “Darçın” ailəvi restoranında bayramı qeyd etmək bir nəfər üçün 100 manatından keçməlisən. “Zeyd” restorantındakı Yeni il gecəsini qeyd etmək üçün ikinəfərlik milli mətbəxt və avropa menyusuna görə qiymətlər 200-300 manat arası dəyişir. Qeyd edək ki, araşdırma apardığımız müddətdə restoranların əksəriyyətində yer qalmamışdı, qalan yerlər isə məhdud sayda idi.