Yüksək qan təzyiqi əlilliyə səbəb ola biləcək təhlükəli bir vəziyyətdir. Dərmandan istifadə etmədən təzyiqi salmaq mümkündürü?

Foodinfo.az xəbər verir ki, bu barədə həkim-terapevt, tibb elmləri namizədi Andrey Kondraxin “Veçernyaya Moskva” qəzetinə müsahibəsi zamanı danışıb.

"Qan təzyiqi "mehriban qatil"dir, çünki insan uzun müddət yüksək rəqəmlərə məhəl qoymayaraq vəziyyəti pisləşdirə bilər. Damarlarda qanın artması onların dartınmasına, elastikliyinin pozulmasına gətirib çıxarır və damarlar partlaya bilər. Hemorragik insultlar və ya infarktlar məhz belə baş verir”, - deyə həkim izah edib.

Yüksək qan təzyiqi böyrəklərə güclü zərər vura bilər və onların qan tədarükünün pozulması nəticəsində orqanın özü sonda hipertenziyanın səbəbinə çevrilir. Həmçinin, təzyiq, korluqla nəticələnən retinal qanaxma (gözün torlu qişasına qan sızması) riskinin yüksək olma səbəbindən görmə üçün təhlükədir. Damarların vəziyyətinə hava şəraiti də təsir göstərir: yağış, qar, temperaturun dəyişməsi, maqnit fırtınaları.

"Damarlar bu dəyişiklikləri kompensasiya edəcək şəkildə qurulub, lakin insanda hipertoniya xəstəliyi varsa, xarici amillər təzyiqə mənfi təsir göstərə bilər", - deyə Kondraxin izah edib.

Yüksək qan təzyiqinin digər səbəbləri: irsiyyət, alkoqol və duzdan aşırı dərəcədə istifadə, stress, fiziki fəaliyyətin azalması. Terapevt qeyd edib ki, xüsusi dərmanlar olmadan təzyiq artmasını nəzarətdə saxlamaq mümkün deyil. Yüksək təzyiq piylənmə və şəkərli diabetlə əlaqəli olduqda, ümumi vəziyyətə nəzarət edərək bədənə düşən yükü azaltmağa çalışmaq lazımdır.

Nurlan