
Kəpəkli çörək sağlam həyat tərzi ilə əlaqələndirilir, lakin hər bədən üçün uyğun deyil. Foodinfo.az bildirir ki, bu çörək yüksək miqdarda lif ehtiva etdiyindən bəzi insanlar üçün həzm çətinliyi yarada bilər.
Xüsusilə həssas bağırsaqları olan şəxslərdə qaz və köpə səbəb ola bilər. Kəpəkli çörək həm də bəzi mineralların sorulmasını azalda bilər. Çünki onun tərkibindəki fitatlar bəzi qida maddələrinin mənimsənilməsinə mane olur.
Ürək-damar və şəkər xəstələri üçün isə bu çörək faydalıdır. Qanda şəkərin sürətlə qalxmasının qarşısını alır. Lakin uşaqlar və yaşlı insanlar üçün miqdarına diqqət edilməlidir. Gün ərzində 1–2 dilim kifayətdir.
Marketlərdə satılan bəzi “kəpəkli” çörəklər sadəcə rəngləşdirilmiş adi çörəklər olur. Bu səbəblə tərkibə baxmadan seçim etmək düzgün deyil. Kəpəkli çörək sağlam seçimdir, amma individual yanaşma tələb edir.