Moruqdakı sarımtıl sürfələr xoş görünməsə də, hər kəs həyatında ən azı bir dəfə bu həşəratları yeyib. Bununla belə, narahat olmağa dəyməz. Çünki bu qurdlar sağlamlıq üçün təhlükə yaratmır, əksinə orqanizmi zülal və vitaminlərlə təmin edir. Foodinfo.az xəbər verir ki, bunu qastroenteroloq Yekaterina Kaşux Life.ru-ya bildirib.

Təbii ki, bu o demək deyil ki, moruq qurdlarla yeyilməlidir. Bu böcəklərin heç bir faydası və ya əhəmiyyətli bir zərəri, eləcə də bu mövzuda ciddi pəhriz tövsiyələri yoxdur. Giləmeyvə üzərinə su tökə bilərsiniz, həşəratlar səthə çıxana qədər gözləyin və daha sonra yeyin.