Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirir.

Foodinfo.az xəbər verir ki, bu çərçivədə AQTİ-nin mütəxəssisləri tərəfindən "Excelsior Hotel & Spa Baku" otelində HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim, qiymətləndirmə və məsləhət xidmətləri həyata keçirilib. Otelin əməkdaşlarına HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilib. Həmçinin otelin qida blokunun saxlama anbarlarının, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilib, müvafiq məsləhətlər verilib.

Xidmətlər zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, AQTİ tərəfindən HACCP və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.