Uzun əsrlər boyu yetişdirilən nar meyvəsi süfrələrin bəzəyi olmaqla yanaşı, həmçinin qida, kosmetika, səhiyyə kimi müxtəlif sənaye sahələrində geniş şəkildə istifadə olunur. Nar meyvəsinə olan tələbat fonunda fermerlər sözügedən meyvənin yetişdirilməsinə xüsusi diqqət göstərir. Nar ağacının yetişdirilmə və qulluq qaydalarına yaxından bələd olmaqla, nar bağlarından bol və keyfiyyətli məhsul əldə etmək mümkündür.

Nar ağacı necə əkilir?

Nar ağacının əkini toxum, çəlik, tinglər və peyvənd üsulu ilə həyata keçirilə bilər. Əkin adətən payız-qış aylarında və ya erkən yazda aparılır. Nar ağacının yetişdirilməsi zamanı daha çox çəlik vasitəsilə əkinə üstünlük verilir. Belə ki ağaclar yarpaqlarını tökdükdən sonra bitkidən diametri 0,7-1,5 sm, uzunluğu 20-25 sm olan çəliklər götürülür. Öncədən hazırlanmış və dərin şumlanmış sahədə əllə əkin zamanı 70 sm, maşınla əkin zamanı isə 120 sm dərinlikdə şırımlar hazırlanır. Çəliklərin əkin intervalı 15-20 sm təşkil edir. Çəlik 5-6 sm hissəsi çöldə qalmaq şərti ilə, üzəri gübrə ilə qarışdırılmış torpaqla örtülür və su verilir.

Nar ağacları hansı iqlim və torpaq şəraitində yetişir?

İqlim və torpaq şəraiti baxımdan bir o qədər də seçici olmayan nar ağacını əsasən tropik və subtropik iqlimin hakim olduğu bölgələrdə, dəniz səviyyəsindən 1000 metr hündürlükdə yetişdirmək olar. Həmçinin yayı isti və quraq, qışı mülayim və yağışlı keçən bölgələr də nar ağacı üçün xarakterikdir. Orta hesabla nar ağacının yağıntı tələbi 500 mm-dir. Nar ağacında meyvələrin əmələ gəlməsi dövründə hava şəraitinin quraq olması məhsulun keyfiyyətli və bazar dəyərinə uyğun olmasını təmin edir. Bundan başqa, nar ağacı çınqıllı, gilli, qumlu, üzvi maddələrlə zəngin, hətta qələvi və turşu torpaqlarda da yetişir.

Torpaqda pH səviyyəsi, ölçülməsi və tənzimlənməsi haqqında geniş məlumat əldə edin.

Nar ağacı necə suvarılır?

Nar ağacının suvarılması bölgənin iqlimindən, torpaq şəraitindən və digər amillərdən asılı olaraq dəyişir. Bol və keyfiyyətli məhsul əldə etmək və narın çatlamasının qarşısını almaq üçün nar bağlarında 10-15 gün fasilələrlə müntəzəm suvarma aparmaq vacibdir. Ümumilikdə ağac tumurcuqlayanda, çiçək qönçələri görünməyə başlayanda və meyvələrin inkişaf etdiyi dövrlərdə nar ağacını bol-bol suvarmaq olar. Ancaq məhsul yığımına təxminən 10-15 gün qalmış suvarma işlərini dayandırmaq lazımdır.

Nar ağacına hansı gübrələr verilir?

Nar bağları üçün yandırılmış təsərrüfat peyini məhsuldarlığa və keyfiyyətə olduqca müsbət təsir göstərir. Eyni zamanda azot, fosfor və kalium tərkibli NPK gübrələrinin tətbiqi nar bağları üçün müsbət nəticələrin əldə olunmasına gətirib çıxarır. Nar bağlarında gübrə tətbiqinin növünü, miqdarını müəyyənləşdirmək üçün torpaq analizinin aparılması, aqronom məsləhətindən yararlanmaq faydalıdır.

Nar bitkisi üçün geniş çeşidli gübrələri əldə edin!

Nar ağacının xəstəlikləri və zərərvericiləri

Bütün bitkilər kimi nar ağacının özünəməxsus xəstəlikləri və zərərvericiləri vardır. Aşağıdakı cədvəllərdə nar bitkisinin xəstəlikləri, zərərvericiləri və onlarla kimyəvi mübarizə üsulu ilə tanış ola bilərsiniz.

Nar ağacının xəstəlikləri və kimyəvi mübarizə

Nar ağacının zərərvericiləri və kimyəvi mübarizə

Nar bağları üçün gübrə və pestisidlərin satışı

Əziz fermerlər, nar bitkisini zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından qoruyan pestisidləri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür.

Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb-saytına və sosial media hesablarına (InstagramFacebook,  LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.