Ətin bişməzdən əvvəl yuyulması təhlükəli mikroblarla çirkləndirmək riski yaradır. Foodinfo.az xəbər verir ki, bunu Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovski Klinik Xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova NEWS.ru-ya müsahibəsində deyib.

“Onun sözlərinə görə, ətin yuyulması zamanı mətbəx səthi və istifadə olunan qablar mikrob çirklənməsi ilə qarşı-qarşıya gələ bilər.

Həmçinin bütün bakteriyaları ətdən təmizləmək mümkün deyil, çünki bəziləri əzələ liflərində olur. Mümkün mikrobları öldürməyin ən etibarlı yolu ətin yaxşı bişirilməsidir. Bişmə zamanı məhsulun daxilindəki temperatur +85 °C-dən aşağı olmamalıdır.

Əti yumaq üçün istifadə edilən su bakteriyaları öldürmək üçün kifayət qədər isti deyil. Bu prosedur yalnız təhlükəli mikroorqanizmləri mətbəx səthlərinə köçürəcək, bu da digər məhsulların çarpaz çirklənməsinə səbəb ola bilər.