"Azərbaycanda istehsal olunan orqanik məhsullar beynəlxalq standartlara tam uyğundur, xaricdəki analoqları ilə eyni keyfiyyətə malikdir, onlara verilmiş sertifikatlar isə bütün dünyada tanınır". Bunu Ümümdünya Ərzaq Təşkilatının (FAO) orqanik kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi Uyğun Aksoy deyib. Bununla belə, onun sözlərinə görə, Azərbaycanda orqanik məhsulların istehsalı ilə bağlı hüquqi baza tam formalaşmayıb: "Qanunvericilikdəki boşluqlar doldurulmalıdır. Həmçinin orqanik məhsullarla bağlı maarıfləndirmə tədbirləri həyata keçirilməlidir. İlk növbədə, fermer  bilməlidir ki, məhsullarına kimyəvi qatqılar əlavə etsə, bu, onun özünün sağlamlığına da ziyandır". (Report)